bookmate game

Nobel mükafatını alan yazıçılar

Bookmate
15Livros160Seguidores
Ədəbiyyat üzrə Nobel mükafatını alan yazıçıların əsərləri bir rəfdə.
    Bookmateadicionou um livro à estanteNobel mükafatını alan yazıçılarhá 2 anos
    Nobel mükafatı laureatı Haynrix Böll (1917–1985) dünya ədəbiyyatında daha çox irihəcmli romanlar müəllifi kimi tanınsa da, “ən çox sevdiyi ən cazibədar nəsr forması” hesab etdiyi hekayə janrında da gözəl nümunələr yaratmışdır. Yazıçı bu “kiçik” janrın böyük imkanlarından ustalıqla istifadə edərək yaşadığı dövrün, daha dəqiq desək, XX əsr insanını ən çox düşündürən iki problemi — müharibə və ictimai-sosial problemləri ön plana çəkmişdi. Bu hekayələrdə özünün “yaddaşında əbədi olaraq dəhşətli, qanlı bir ölüm maşını kimi qalan” müharibə prosesinin özü deyil, əsasən, onun törətdiyi nəticələr, insanı həm fiziki, həm də mənəvi cəhətdən necə şikəst etdiyi təsvir olunur. İctimai-siyasi motivlərdə yazılan hekayələr isə bir növ onları tamamlayır, daha doğrusu, müharibənin şikəst etdiyi bu insanların sosial həyatda — cəmiyyətdə qarşılaşdıqları amansız çətinliklər, ədalətsizliklər təsvir obyektinə çevrilir. Lakin bütün bu ağrı-acılara baxmayaraq onun qəhrəmanları ümidsizliyə qapılmır, məyusluq içində “itib-batmır”, “ərimir” — öz saf daxili aləmlərinə, yumor hisslərinə söykənərək qaranlıq bir aləmdə, közərti şəklində də olsa, işıq tapa bilirlər.
  • indisponível
  • Bookmateadicionou um livro à estanteNobel mükafatını alan yazıçılarhá 2 anos
    Roman avtobioqrafik sayõlõr. Yazõçõ birinci Dünya Müharibəsində italyan cəbhəsində Qõzõl Xaçõn könüllüsü kimi iştirak edib. Milanda yaralanõb hospitala düşən Heminquey tibb bacõsõna aşiq olub.
    "Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baхõmõndan Heminqueyin ən yaхşõ əsəri sayõlõr. Romanõn adlarõna gəlincə, yazõçõ onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», "Silahlara əlvida" adlandõrmaq istəyib. Ən sonda, «Əlvida, silah! » (1929) adõnõn üstündə dayanõb.
  • indisponível
  • Bookmateadicionou um audiolivro à estanteNobel mükafatını alan yazıçılarhá 2 anos
    İvan Bunin (1870-1953) — tanınmış rus yazıçı, şair, tərcüməçi, Peterburq Elmlər Akademiyasının fəxri akademikidir. Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk rus yazıçısıdır (1933). “San Fransiskolu cənab” — Povest müəllifin ən çox tanınan, klassik əsərlərindən biridir. Hekayənin aldadıcı və bir o qədər də sadə sujet xətti var: Zəngin bir Amerikalı iş adamı ailəsi ilə tətil üçün Avropaya səyahət edir və birdən Kapri adasında infarkt keçirir. O, Avropaya getdiyi eyni gəmidə bir tabutla evə dönür. Bütün hekayə də məhz bu hadisələr üzrə cərəyan edir.
    Bookmateadicionou um livro à estanteNobel mükafatını alan yazıçılarhá 2 anos
    Redyard Kiplinq (1865–1936) ədəbiyyat üzrə Nobel mükafatı almış ilk ingilisdir. Artıq yüz ildən çoxdur ki, dünyanın bir çox ölkələrinin uşaqları onun “Balinanın boğazı nə üçün dardır”, “Dəvənin belindəki donqarı — hürgücü necə əmələ gəlib”, “Kərgədanın dərisi niyə kələ-kötürdür”, “Özbaşına gəzən pişik”, “Rikki-tiki-tavi” və s. belə şən və maraqlı nağıllarını oxuyur. R.Kiplinqin ən maraqlı nağıllarından biri də Hindistan cəngəlliklərindən bəhs edən “Mauqli” əsəridir. Əsər ilk dəfə 1893-cü ildə çap olunub.
  • indisponível
  • Bookmateadicionou um livro à estanteNobel mükafatını alan yazıçılarhá 2 anos
    Nobel ödüllü yazar (1957-ci il) Alber Kamyu 1913-cü ildə Əlcəzairin Mondovi şəhərində, muzdlu fəhlə ailəsində anadan olub. “Vəba” və “Süqut” romanları, “Yad” povesti, “Kaliqula”, “Anlaşılmazlıq”, “Mühasirə vəziyyəti”, “Ədalətlilər” pyesləri Alber Kamyuya dünya şöhrəti qazandırıb. Böyük yazıçı 1960-cı ildə avtomobil qəzasında həlak olub. Sovet məkanında A.Kamyunun yaradıcılığı ilə ilk dəfə olaraq 1960-cı illərdə tanış olmağa başlanılıb. Bu kitab Kamyunun Azərbaycan dilində çıxan ilk kitabıdır.
  • indisponível
    Alber Kamyu
    Yad
    • 874
    • 121
    • 28
    • 37
    az
  • Bookmateadicionou um livro à estanteNobel mükafatını alan yazıçılarhá 2 anos
    «Torpağın bərəkəti» (1917) romanı XX yüzil dünya ədəbiyyatının ən monumental epik əsərlərindən biridir. Əsərin təhkiyəsi onun qəhrəmanlarının həyatı kimi aramlı və sakitdir. Boş, heç kəs tərəfindən becərilməyən dövlətə məxsus meşəlik sahəyə İsaak adlı bir adam gəlib burada işləməyə başlayır. Bir müddətdən sonra onun yanına bataqlıqdakı cığırdan keçərək İnger adlı bir qadın da gəlir. Əvvəlcə o, İsaakın yanında işçi kimi çalışır, sonra isə onlar evlənirlər…
    İsaak və İngerin düşüncələri, duyğuları, zəhmət və xoşbəxtlik dolu həyatlarıtək sadə olsa da, primitiv deyil. Lakin İnger təzə doğulmuş dovşandodaq qızını tələf etdiyi üçün həbs olunur və İsaak yeddi il tək qalmalı olur.
    Roman ürəyində torpaq sevgisi olanlara mənəvi qida verir. Hamsun açıq publisistikaya müraciət etmədən, sırf bədii vasitələrdən istifadə etməklə kənd həyatının şəhərdən üstünlüyü ideyasını irəli sürür. Onun torpağa bağlı olan bütün qəhrəmanları həyatın çətinliklərinə və sınaqlarına əzmlə sinə gərirlər. Doğma torpaqdan uzaq düşənlər isə narahat, qeyri-sabit həyat sürərək bədbəxt insanlara çevrilirlər.
    Əsər çox böyük uğur qazanaraq, 1920-ci ildə Nobel sülh mükafatına layiq görülmüş, dünyanın əksər dillərinə tərcümə olunaraq müəllifinə dünya şöhrəti qazandırmışdır.
  • indisponível
  • Bookmateadicionou um livro à estanteNobel mükafatını alan yazıçılarhá 8 anos
    Cənubi Afrika Respublikasının ən məşhur və müvəffaqiyyətli yazıçısı olan Con Kutzee. Onun kitablarında hamıya yaxın mövzular açılır: rüşvət, hörmətsizlik, bərabərsizlik.
  • indisponível
  • Bookmateadicionou um livro à estanteNobel mükafatını alan yazıçılarhá 8 anos
    Herman Hess "Klassik humanizm ideyalara və ilhamlı yaradıcılığa görə" 1946 ildə Nobel mükafatını almışdı. Bu əsərdə qeyri-adi bir pansionat təsvir olunub. Pansionatda ancaq görkəmli alimlər yaşayır. Onlarçün elm — incəsənət kimidir. Bəs muncuq oyunu?.. Muncuq oyunun qaydaları heç kimə bəlli deyil.
  • indisponível
  • Bookmateadicionou um livro à estanteNobel mükafatını alan yazıçılarhá 8 anos
    2008 il — fransız şaır və yazıçı Lö Klezio. Səhra azad nəfəs alır, Şəhər isə nəm və çirklidir. Səhrada Göy Adamlar qəbiləsi yaşayır. Onlar azad insanlardır, lakin daim daha yaxşı həyat üçün köçürlər, yəni, köçəri həyat sürürlər.
  • indisponível
  • Bookmateadicionou um livro à estanteNobel mükafatını alan yazıçılarhá 8 anos
    2006 il. Orxan Pamuk. Pamukun bütün əsərlərində kimi, bu romanda o, "şəhərinin melanxolik könlünün axtarışı gedir". Və Nobel mükafatını da məhz bu motivlərə görə almışdı.
  • indisponível
  • Bookmateadicionou um livro à estanteNobel mükafatını alan yazıçılarhá 8 anos
    Patrik Modianonun bütün əsərləri metafizik və fəlsəfə mövzularla fərqlənir. Bu əsər ünvan kitabçasını itirmiş bir yazıçının hekayətidir…
    Bookmateadicionou um livro à estanteNobel mükafatını alan yazıçılarhá 8 anos
    Patrik Modiano 2014 ildə ədəbiyyat üzrə Nobel mükafatını almışdır. Maraqlı fakt: mükafat barədə xəbər aldıqdan sonra o, bir neçə saata yox olmuşdu. Nə özündən, nə də onun mətbuat katibindən heç kim xəbər ala bilmirdi.
    Bookmateadicionou um livro à estanteNobel mükafatını alan yazıçılarhá 8 anos
    2015 ilin Nobel mükafatı Svetlana Alekseyeviç belorussiyalı yazıçıdır. Bu əsərdə yazıçı bizi dünya tarixinin ən qorxunc və dəhşətli anlarını yadda saxlamağı və təkrarlanmasınından xahiş edir. Müharibədə kişi və ya qadın anlayışı yoxdur. Qorxunc hissi hər kəsi eyni vəziyyətə salır.
    Bookmateadicionou um livro à estanteNobel mükafatını alan yazıçılarhá 8 anos
    2016 il — Bob Dylan. Bob Dylan əslində Amerikada folk-rock musiqiçisidir, ancaq onun söz və musiqisini yazdığı yüzlərlə məşhur mahnıya görə şair də hesab edənlər var.
    Bookmateadicionou um livro à estanteNobel mükafatını alan yazıçılarhá 8 anos
    “Eurosmit” — Nobel mükafatı almış ilk ABŞ yazıçısı Luis Sinklerin Pulitzer mükafatına layiq görülmüş romanıdır. Nobel mükafatını 1930 ildə almışdı.
  • indisponível
fb2epub
Arraste e solte seus arquivos (não mais do que 5 por vez)