az
Haynrix Böll

Hekayələr

Avise-me quando o livro for adicionado
Para ler este livro carregue o arquivo EPUB ou FB2 no Bookmate. Como carrego um livro?
Nobel mükafatı laureatı Haynrix Böll (1917–1985) dünya ədəbiyyatında daha çox irihəcmli romanlar müəllifi kimi tanınsa da, “ən çox sevdiyi ən cazibədar nəsr forması” hesab etdiyi hekayə janrında da gözəl nümunələr yaratmışdır. Yazıçı bu “kiçik” janrın böyük imkanlarından ustalıqla istifadə edərək yaşadığı dövrün, daha dəqiq desək, XX əsr insanını ən çox düşündürən iki problemi — müharibə və ictimai-sosial problemləri ön plana çəkmişdi. Bu hekayələrdə özünün “yaddaşında əbədi olaraq dəhşətli, qanlı bir ölüm maşını kimi qalan” müharibə prosesinin özü deyil, əsasən, onun törətdiyi nəticələr, insanı həm fiziki, həm də mənəvi cəhətdən necə şikəst etdiyi təsvir olunur. İctimai-siyasi motivlərdə yazılan hekayələr isə bir növ onları tamamlayır, daha doğrusu, müharibənin şikəst etdiyi bu insanların sosial həyatda — cəmiyyətdə qarşılaşdıqları amansız çətinliklər, ədalətsizliklər təsvir obyektinə çevrilir. Lakin bütün bu ağrı-acılara baxmayaraq onun qəhrəmanları ümidsizliyə qapılmır, məyusluq içində “itib-batmır”, “ərimir” — öz saf daxili aləmlərinə, yumor hisslərinə söykənərək qaranlıq bir aləmdə, közərti şəklində də olsa, işıq tapa bilirlər.
Este livro está indisponível
115 páginas impressas
Detentor dos direitos autorais
Qanun Nəşriyyatı
Já leu? O que achou?
👍👎

Impressões

  • Aysel Camalqizicompartilhou uma impressãohá 4 anos
    👍Vale a leitura

Citações

  • ahmedoffelvin99361fez uma citaçãohá 9 anos
    Mən həmişə yazmaq istəmişəm, yazmağa da çox tez başlamışam, ancaq yazmaq istədiyim sözləri sonralar tapmışam...
  • Misir Məmmədlifez uma citaçãohá 8 anos
    Çox qəribədir... Ancaq hamımız da bilirik ki, ölüm qorxusu yaxınlaşanda adam ən qəribə şeyləri xilas etməyə çalışır. Ən vaciblərisə yaddan çıxır...
  • Misir Məmmədlifez uma citaçãohá 8 anos
    İztirabların sayı çox, onun dəqiq baiskarlarının sayı isə çox az idi. Ona görə də çoxu artıq qaldı, elə bu günə kimi də paylanmamış qalıb...
    Mən həmişə yazmaq istəmişəm, yazmağa da çox tez başlamışam, ancaq yazmaq istədiyim sözləri sonralar tapmışam...

Nas estantes

fb2epub
Arraste e solte seus arquivos (não mais do que 5 por vez)