Siz gəmini yaxşı tanıyırsınız? – Karl inamsız soruşdu və ona elə gəldi ki, Nyu-Yorka gəlib çatmağının gizli səbəbini tapıb. Amma Karlı qüssələndirən o idi ki, çamadandakı şeylərin heç birindən istifadə edilməmişdi, hərçənd ki, məsələn, köynəyini çoxdan dəyişməli idi. Məlum məsələdir ki, o bununla qənaət etmək istəyirdi, amma indi, həyat yolunun başlanğıcında, səliqəli və təmiz görünmək əvəzinə kirli köynəkdə gəzməli olacaq. Bunu nəzərə almasaq çamadanın itməsindən kədərlənməyə dəyməzdi, çünki əynindəki kostyum çamadanda qalandan daha yaxşı idi; açığı o kostyum əlacsız qalanda geyinmək üçün idi, anası onu səfərdən qabaq yaxşıca yamamışdı.