bookmate game
az
Mark Tven

Tom Soyyerin macəraları

Avise-me quando o livro for adicionado
Para ler este livro carregue o arquivo EPUB ou FB2 no Bookmate. Como carrego um livro?
  • Mir Alifez uma citaçãohá 9 anos
    ömür boyu Birləşmiş Ştatların prezidenti olmaqdansa, bir il Şervud meşəsində qaçaqlıq eləmək yax­şıdır
  • Mir Alifez uma citaçãohá 9 anos
    Yaxşı deyiblər ki, qoca köpəyə təzə oyun öyrətmək olmaz.
  • Orkhan Zakirovfez uma citaçãohá 5 anos
    İkinci fəsil

    USTA RƏNGSAZ

    Şənbə səhəri gəlib çatdı, yay gününün təmiz havasında hər şey par-par parıldayır, həyat qaynayırdı. Hər kəsin qəlbində bir nəğmə dillənirdi, əgər bu qəlb gəncdirsə mahnısı öz-özünə axırdı. Hər kəsin üzündə sevinc, yerişində bahar duyulurdu. Ağ akasiya çiçəkləmiş, xoş ətrini havaya çiləmişdi.
    Hər tərəfdən görünən yamyaşıl Kardif dağı uzaqdan in­san­lara dinclik, rahatlıq vəd verən gözəl, cazibədar bir diyarı an­dırırdı.
    Tom bir əlində əhəng vedrəsi, o birində uzun fırça səkidə göründü. O, barını gözdən keçirdi, üzündəki şən ifadə yox ol­du, ruhunu dərin bir kədər bürüdü. Doqquz fut2 hündür­lüyün­də, otuz yard3 uzunluğunda taxta barı! Həyat ona boş, yaşayış isə ağır bir yük kimi göründü. O, köksünü ötürərək fırçanı vedrədəki əhəngə batırıb barının taxtalarından birinə çəkdi, bu əməliyyatı bir neçə dəfə təkrarladı, sonra da ağartdığı cüzi par­ça ilə hələ ağardılmamış hissəni tutuşdurub qəmgin-qəm­gin ağacın dibinə çökdü.
    Cim əlində dəmir vedrə «Buffalolu qız» mahnısını oxuya-oxuya, atılıb düşə-düşə darvazadan çıxdı. Şəhər quyusundan su daşımaq Toma həmişə cansıxıcı görünürdü, amma indi o bu işə başqa cür baxdı. Yadına düşdü ki, quyunun başı həmişə adamla dolu olur. Həm ağların, həm də zəncilərin uşaqları – oğlanlar, qızlar həmişə quyunun başına yığışıb növbə gözləyə-gözləyə dincəlir, oyuncaqlarını dəyiş-düyüş eləyir, vuruşur, oy­nayırdılar. Bir də yadına düşdü ki, quyu onların yüz əlli ad­­dımlığında olsa da, Cim oradan ən tezi bir saata qayıdır, o da ki, dalınca adam göndəriləndən sonra. Dedi:
    – Bura bax, Cim, mən sənin əvəzinə suya gedərəm, sən qal buranı bir az ağart.
    – Yox, mister Tom, qoca xanım tapşırıb ki, tez gedim su gətirim, yolda dayanıb heç kəslə söhbət eləməyim. Deyib ki, Tom səni çağıracaq, deyəcək gəl barını ağart, ancaq sən onun sözünə qulaq asma, öz işinin dalınca get. Barıya qalanda, onunla xanım özü məşğul olar.
    – Sən ona qulaq asma, Cim. O, çox şey deyə bilər! Vedrəni ver mənə, bircə dəqiqəyə doldurub gətirərəm, onun heç xəbəri də olmaz.
    – Yox, qorxuram, mister Tom, qoca xanımdan qorxuram. Başımı bədəndən ayırar, vallah ayırar.
    – Polli xala ha! O, heç ömründə adam döyməyib, olsa-olsa barmağındakı üsküklə başına bir-iki çırtma vuracaq, vəssalam. Nə böyük işdir! Düzdür, danlayır, deyinir, ancaq sözdən nə çıxar, axırda özü ağlayır… Cim, sənə kürəcik verəcəyəm! Mərmər zolaqlı ağ kürəcik.
    Cim götür-qoy eləməyə başladı.
    – Ağ mərmər ey, Cim! Zarafat deyil…
    – Ax, özü də necə parıldayır! Mister Tom, ancaq qoca xanımdan yaman qorxuram…
    – Hələ istəsən yara olan barmağımı da sənə göstərərəm.
    Cim necə olmasa insandı, belə bir maraqlı şeydən imtina etməyə iradəsi çatmadı. O, vedrəni yerə qoyub, ağ kürəciyi aldı, sonra böyük maraqla əyilib, Tomun sarığını açmaqda olduğu yaralı barmağına baxmağa başladı. Bir dəqiqə keç­mə­miş o, kürəyini qaşıya-qaşıya, əlindəki vedrəni danqıldada-danqıldada küçə ilə bərk qaçırdı. Bu zaman Tom böyük səylə hasarı ağardır, Polli xala isə əlində tuflisi təntənəli bir vüqarla döyüş meydanını tərk edirdi.
    Di gəl, Tomun elə canı-dildən işləməsi uzun sürmədi. O, bu günü necə şən keçirməyə hazırlaşdığını fikirləşdikcə qüs­səsi artırdı. Bir azdan uşaqlar evlərindən çıxıb cürbəcür ma­raqlı yerlərə gəzməyə gedəcəklər, onlar Tomun cəza əvəzi belə işlədildiyini görəndə gülüb ona lağ eləyəcəklər… Bunu gö­zünün qabağına gətirdikcə canı od tutub yanırdı. O, bütün var-dövlətini cibindən çıxarıb gözdən keçirməyə başladı: olanı sınıq-sökük oyuncaqlar, kiçik kürəciklər, hər cür xırda-xuruş idi, bunlar bəlkə də bir şeylə dəyişdirilməyə yarardı, ancaq heç bircə saatlıq azadlıq satın almağa da yetməzdi. Tom mis­kin əmlakını yenə də cibinə yığıb, uşaqları rüşvətlə yoldan çıxarmaq fikrindən daşındı. Elə bu ağır, ümidsiz dəqiqədə o, birdən-birə ağlına daman parlaq fikirdən ruhlanıb əməlli-başlı ilhama gəldi.
    Tom fırçanı əlinə götürüb sakitcə işinə davam elədi. Az keçmiş Ben Rocers küçənin tinindən göründü – Tom hamıdan artıq onun atmacalarından qorxurdu. Ben kefi kök, damağı çağ hoppana-hoppana yeriyirdi. Bu, onu göstərirdi ki, Benin qəlbi sakitdir, o, həyatdan yalnız yaxşılıq gözləyir. Ben alma yeyir, arabir də uzun-uzadı ahəngdar fit verirdi, bunun ardınca isə ən aşağı notda «din-don-don», «din-don-don» səsləri eşi­dilirdi. Məsələ bunda idi ki, Ben buxar gəmisini yamsı­la­yırdı. O, yaxınlaşdıqca sürəti azaldıb küçənin ortasına tərəf döndü, sağ çiyini üstə əyilib, yavaş-yavaş sahilə yan almağa başladı. Onun çox ciddi, vüqarlı görünüşü vardı, çünki doqquz fut otu­rumlu «Böyük Missuri» gəmisini təqlid edirdi. O, eyni za­manda həm gəmi, həm buxar mühərriki, həm də gəmi fiti idi, ona elə gəlirdi ki, kapitan körpüsündə dayanıb komanda verir, sonra da öz komandasını yerinə yetirir.
    – Maşın, durr! Tin-lin-lin! – Maşın dayandı, gəmi yavaş-yavaş səkiyə yanaşdı. – Geriyə! – Ben qollarını aşağı salıb şax saxladı. – Sükanı sağa! Tin-lin-lin! Çu! Ç-çu-u! Çu! – Sağ əl havada təntənəli bir əda ilə çevrə cızmağa başladı, bu, qırx futluq çarx idi. – Sükanı sola! Tin-lin-lin! Çu-ç-çu-çu! – İndi də sol əl havada çevrə cızmağa başladı… – Sağ kənar. Tin-lin-lin! Dayan! Sol kənar. Sürəti azalt! Maşın, durr! Tin-lin-lin! Çu-ç-çu-u! Kəndiri tulla! Cəld ol! Kəndiri neyləmisiniz! Ora­da nə eşələnirsən! Bağla! Belə, indi burax!.. Maşın durdu, ser! Tin-lin-lin! Ş-ş-ş (indi gəmi buxar buraxırdı).
    Tom gəmiyə qətiyyən məhəl qoymadan barını ağartmaqda davam edirdi. Ben gözlərini ona dikib soruşdu:
    – Aha, deyəsən, yedəklənmisən! Yaxşıca ələ keçmisən!
    Cavab çıxmadı. Tom fırça çəkdiyi yeri bir rəssam gözü ilə nəzərdən keçirib, fırçanı həmin yerə ehtiyatla bir də çəkdi, son­ra azca gendə durub, öz işinə vüqarla tamaşa elədi. Ben yaxına gəlib onun yanında durdu. Almanı görəndə Tomun ağ­zı sulandısa da, udqunub yenə həvəslə işinə davam elədi. Ben dedi:
    – Hə, dost, deyəsən, işləmək lazım gəlir, hə?
    Tom tez ona sarı dönüb dedi:
    – Ben, sənsən? Gəldiyini heç görmədim!
    – Bura bax, Tom, mən çimməyə gedirəm. Sən istəmirsən? Yox, əşi, sən yəqin işləyəcəksən, hə? Bir də nə söz ola bilər, əlbət ki, işləmək daha maraqlıdır!
    Tom diqqətlə Benin üzünə baxıb soruşdu:
    – Sən iş nəyə deyirsən?
    – Səncə, bəs bu iş deyil?
    Tom işini görə-görə etinasız cavab verdi:
    – Nə bilim, bəlkə işdir, bəlkə də heç iş deyil! Bircə onu bilirəm ki, Tom Soyyerin ürəyincədir.
    – Əşi, burax görək! Guya barı ağartmaqdan çox xoşun gə­lir!
    Fırça yenə də barı boyunca müntəzəm surətdə enib-qal­xırdı.
    – Xoşuma gəlir? Niyə də gəlməsin, bizim kimilərinə barı ağartmaq həmişə qismət olmur.
    Bundan sonra iş Benin gözündə dəyişib başqa şəkil aldı. O, alma gəmirməyindən əl çəkdi. Tom fırçanı ehtiyatla irəli-geri aparır, arabir öz işinin nəticəsindən həzz almaq üçün dayanıb baxır, sonra yenə fırçanı işə salırdı. Ben onun bütün hərə­kət­lərinə diqqət yetirdikcə bu işə marağı artırdı. Birdən o dedi:
    – Bura bax, Tom, ver bir az da mən ağardım!
    Tom fikirləşdi, əvvəlcə razılaşmağa hazır kimi göründü, sonra isə birdən fikrini dəyişdi.
    – Yox, Ben, baş tutmaz. Polli xala bu barının üstündə ya­manca əsir. Bilirsən, bura barının küçəyə baxan tərəfidir. Əgər həyətə baxan tərəf olsaydı, o heç nə deməzdi, heç mən də dil­lənməzdim. Axır ki, bu barı üçün xalam əldən-ayaqdan gedir! Buranı, bilirsən, necə ağartmaq lazımdır? Məncə, min uşağın, iki min uşağın içində biri ancaq tapılar ki, bu barını əməlli-başlı ağarda bilsin.
    – Yox, canım! Qoy heç olmasa mən də bir az ağardım, bax… Lap azca… Tom, mən sənin yerinə olsaydım, qo­yar­dım!
    – Ben, mən həvəslə razı olardım, sənə hindu kimi söz ve­rir­əm, ancaq bilmirəm Polli xala nə deyər? Cim də ağartmaq istəyirdi, amma xalam qoymadı. Sid də istəyirdi, heç Sidi də qoymadı. Məsələ belədir. Deyək ki, sən barını ağartmağa baş­ladın, birdən bəlkə…
    – Nə danışırsan, Tom, mən lap ürəyin istəyən kimi ağar­daram! Sən ver, bir sınaqdan keçirim. İstəyirsən almanın yarısını sənə saxlayım?
    – Nə deyirəm… Amma yox, Ben, yaxşısı budur əl vur­mayasan. Mən qorxuram.
    – Almanın hamısını sənə verərəm!
    Tom üzdə könülsüz, ürəyində sevinə-sevinə fırçanı əlindən verdi. Sabiq «Böyük Missuri» gəmisi isti günün altında tər tökə-tökə zəhmət çəkəndə, işdən aralanmış rəssam kölgə­lik­dəki çəlləyin üstündə əyləşib ayaqlarını yellədə-yellədə alma gəmirir, sadəlövh adamları tora salmaq üçün yeni plan üzə­rində düşünürdü. Bu, heç də çətin deyildi: küçə ilə onun ya­nın­dan hər dəqiqə uşaqlar keçirdilər; onlar əvvəlcə Toma gü­lüb lağ eləmək üçün ayaq saxlayır, sonra isə orada qalıb barını ağartmalı olurdular.
    Ben yorulub əldən düşəndə Tom ikinci növbəni kağızdan düzəldilmiş köhnə bir çərpələngə Billi Fişerə satdı. Fişer də yorulanda onu Conni Miller əvəz eləyib, bunun müqabilində Toma bir ölü siçovul, üstündə də ip verdi ki, siçovulun quy­ruğundan yapışıb fırlatmaq asan olsun. Beləliklə, saatlar dəyişdikcə uşaqlar da bir-birini dəyişirdi.
    Yoxsul, dövlətsiz Tom günortayacan əməlli-başlı varlanıb cah-cəlal içində üzdü. Yuxarıda saydığımız qiymətli şeylərdən başqa onun on iki kürəciyi, sınıq mizqanı, gözə tutub baxmaq üçün göy şüşə qırığı, boş qarqarası, heç bir kilidə düşməyən açarı, bir parça tabaşiri, büllur qrafin qapağı, qalay əsgərciyi, bir cüt çömçəquyruğu, altı taraqqası, bir gözü kor pişik balası, mis qapı dəstəyi, itsiz xaltası, bıçaq sapı, dörd parça portağal qabığı, bir də köhnə pəncərə çərçivəsi vardı.
    Tom heç bir iş görmədən vaxtını çox şən keçirdi, barıya üst-üstə üç dəfə əhəng çəkildi. Əgər onun əhəngi qurtarma­saydı, şəhərin bütün uşaqlarını müflis eləyəcəkdi.
    Tom fikirləşdi ki, həyatda yaşamaq o qədər də pis deyil­miş. O, insan hərəkətlərini yönəldən böyük bir qanunu özü də bilmədən kəşf eləmişdi: istər uşağın, istərsə də yaşlı adamın nəyisə arzulaması üçün bircə şərt var – gərək o adam qabaq­cadan bilsin ki, istədiyinə çatmaq asan deyil.
    Tom vəziyyətin kökündən dəyişməsi ətrafında bir müddət də fikirləşəndən sonra məlumat vermək üçün baş qərargaha yollandı.

    2 Fut – 0,3 metr

    3 Yard – 0,9 metr
  • b8494005601fez uma citaçãohá 4 anos
    Ömrümdə belə nadinc görməmişəm!

    O, taybatay açılı qapıya yanaşıb kandardan öz bostanına – alaq basmış pomidor ləklərinə göz gəzdirdi. Tom orada da gö­rünmürdü. Onda Polli xala uzaqlarda eşidilsin deyə bacar­dıqca səsini qaldırdı:

    – To-o-om, haradasan?

    Arxada yüngül bir xışıltı eşidildi, qadın dönüb baxdı, qapı­dan sivişib əkilmək istəyən uşağın aşırmasından lap vaxtında yapışdı
  • b6884834241fez uma citaçãohá 8 anos
    Böyük Amerika yazıçısı Mark Tvenin (1910) “Tom Soyyerin macəraları” romanı dünya uşaq ədəbiyyatının incilərindən sayılır.
  • Mir Alifez uma citaçãohá 9 anos
    Elə bu zaman o, belə bir şey kəşf elədi ki, adam bir vərdişi tərgitməyə söz verəndə həmin vərdişə meyli daha da artır.
  • b1558702913fez uma citaçãohá 9 anos
    Macəra axtaran uşaqlar kimsəsiz adada tufana düşürlər, geri qayıdanda isə özlərinin dəfn mərasiminə gəlib çıxırlar.
  • b1991545589fez uma citaçãohá 3 anos
    Dedikləri kimi də elədilər: hərəsi məktəbdən qayıdan uşaq­ların bir dəstəsinə qoşulub getdi. Bir neçə dəqiqədən sonra döngədə görüşüb məktəbə qayıtdılar. Məktəbdə onlardan baş­qa kimsə qalmamışdı. Bir skamyada əyləşib qrifel taxtasını qar­şılarına qoydular. Tom Bekkiyə bir qrifel verdi, özü isə qı­zın əlindən tutub taxtanın üzərində gəzdirməyə, şəkil
  • b1991545589fez uma citaçãohá 3 anos
    Altıncı fəsil

    SEHRBAZLIQ VƏ QADIN FÜSUNKARLIĞI
  • b1991545589fez uma citaçãohá 3 anos
    endirdilər. Acıqdan, qısqanclıqdan az qaldı ağlaya, dün­yada hamı gözündən düşdü. Hamıdan da çox Tomdan zəhləsi getdi – ona elə gəlirdi.

    Tomu hakimə təqdim elədilər, ancaq uşağın dili tutuldu, ürəyi şiddətlə döyünməyə başladı, nəfəsi güclə çıxdı. Bunun bir səbəbi hakimin çox zəhmli olmasıydısa, ikinci və əsas sə­bəbi o idi ki, bu adam həmin qızın atasıydı. Məktəb qaranlıq ol­saydı, o, böyük sevinclə hakimin qarşısında diz çökərdi. Ha­kim Tomun başını sığalladı, onu yaxşı oğlan adlandırıb adını soruşdu. Tom ağzını açdı, dili dolaşa-dolaşa bircə bunu deyə bildi:

    – Tom.

    – Yox, Tom yox…

    – Tomas.

    – Bax belə. Mən elə bilirdim ki, bir az uzun olacaq. Çox yaxşı. Yəqin sənin soyadın da var, ümidvaram ki, onu da mə­nə deyəcəksən. Elə deyilmi?

    – Soyadını cənaba söylə, Tomas, – müəllim söhbətə qa­rışdı – «ser» deməyi də unutma. Özünü ləyaqətli apar.

    – Tomas Soyyer… ser.

    – Bax belə! Afərin! Qiyamət oğlansan. Əsl kişisən. İki min ayə – çoxdur, lap çoxdur, çox çoxdur. Bunu öyrənməyə o qədər zəhmət çəkdiyinə heç vaxt heyfsilənmə. Bilik dünyada hər
fb2epub
Arraste e solte seus arquivos (não mais do que 5 por vez)