az
Herman Melvil

Katib Bartlbi

Avise-me quando o livro for adicionado
Para ler este livro carregue o arquivo EPUB ou FB2 no Bookmate. Como carrego um livro?
Herman Melvil öz dövründə — yəni XIX əsr Amerika ədəbi mühitində tanınmayan, sayılıb-seçilməyən yazıçılardan idi. Hətta o qədər ki, 1891-ci ildə öləndə “Nyu-York Times” qəzeti adını səhv yazmışdı: Henri Menvil… “İletişim” nəşriyyatı Melvilin “Katib Bartlibi” povestini Borxesin ön sözü ilə nəşr edib: “Yazıçının ölümündən 20 il sonra Britaniya Ensiklopediyası” ondan uğursuz dəniz əhvalatlarını qələmə alan yazıçı kimi söz açırdı”. 1851-ci ildə indiki dünyanın ən yaxşı romanlarından hesab olunan, vaxtında heç kimin diqqətini çəkməyən “Mobi Dik”i çap etdirdi və uğursuz ədəbi taleyi üzündən 33 yaşlı Melvil əməlli-başlı ruh düşkünlüyü yaşadı, nə edəcəyini bilmədi. Bu azmış kimi, 1853-cü ildə nəşriyyatın anbarında yanğın baş verdi, yazıçının kitabları məhv oldu. Əl-qərəz, bizim 80-cilər nəslinin təbirincə desək, qəhrəmanımız “naxışı gül açmayan”, “qədri sonra bilinən” yazıçı tiplərindəndir. Ta ötən əsrin 20-ci illərinə qədər ki, onun haqqında kitablar yazıldı, əsərləri yenidən nəşr olundu, romanlarına filmlər çəkildi.

Bu kitabı dünyanın üzünə deyilən ən sərt “Yox” nidası hesab edirlər.
Este livro está indisponível
32 páginas impressas
Já leu? O que achou?
👍👎

Impressões

  • Hümbətova ülkərcompartilhou uma impressãohá 7 anos
    👍Vale a leitura

    Bəzən Təsirli bəzən sinir pozucu ama oxunmalı bir kitab.

  • Deniz Aliyevacompartilhou uma impressãohá 6 anos

    Ümumilikdə yaxşıdır amma kİtab yarımçıqdır.

  • Ulvu İmanovcompartilhou uma impressãohá 6 anos
    👍Vale a leitura

    Möhtəşəm

Citações

  • Vusala Mammadovafez uma citaçãohá 7 anos
    Həssas insanlar mərhəmətin ağrısını tez-tez hiss edirlər. Mərhəmətlə heç nəyi həll eləməyin mümkün olmadığını dərk edəndə isə ağlı insana dərhal bu hissdən xilas olmağı diktə edir
  • Mir Alifez uma citaçãohá 7 anos
    Ona sədəqə verə bilərdim, amma Bartlbinin bədəni ağrımırdı, ruhu isə mənim üçün əlçatmaz idi.
  • Mir Alifez uma citaçãohá 7 anos
    Arpası artıq düşən at harınlayar

Nas estantes

fb2epub
Arraste e solte seus arquivos (não mais do que 5 por vez)