bookmate game
az
Səbahəddin Əli

İçimizdəki şeytan

Avise-me quando o livro for adicionado
Para ler este livro carregue o arquivo EPUB ou FB2 no Bookmate. Como carrego um livro?
Türk yazıçısı Səbahəddin Əli Azərbaycan oxucusuna yaxşı tanışdır. Onun “Xəz paltolu madonna”, “Quyucuqlu Yusuf” əsərləri dilimizə çevrilmişdir. Yazıçının “İçimizdəki şeytan” romanı nakam məhəbbət macərasını xatırladır. Əslində isə əsər Türkiyədəki ziyalıların bütöv bir nəslinin həyat faciəsidir. Qəhrəmanların xarakter və psixologiyası İkinci Dünya müharibəsi ərəfəsində Türkiyədə gedən ictimai-siyasi mübarizə işığında açılır.
Este livro está indisponível
307 páginas impressas
Detentor dos direitos autorais
Qanun Nəşriyyatı
Já leu? O que achou?
👍👎

Impressões

  • Bahlul Valiyevcompartilhou uma impressãohá 7 anos
    👍Vale a leitura
    🙈Passou Batido
    💡Aprendi Muito
    💞Amoroso

    Həqiqətən sona qədər maraqla oxuduğum bir əsər oldu. Belə gözəl yaradıcılıq qabiliyyəti olan bir insanın mənasız fikirlərə, ideologiyalara qapılıb özünü məhf etməyi həqiqətən acınacaqlı vəziyyətdi. Hər nə olursa olsun Səbahattin Alinin türk ədəbiyyatında ayrı bir yeri var mənim üçün.

  • Farid Rahimovcompartilhou uma impressãohá 7 anos

    Müəllifin digər Xəz paltolu Madonna (5/5) və Quyucuqlu Yusuf (3/5) əsərlərindən daha zəif əsərdir. Bəzi yerləri çox maraqlı və yaxşı yazılsa da, bir çox hadisələrin inkişafı, surətlərin hərəkətləri çox bayağı alınır. Bu əsəri 2/5 balla qiymətləndirirəm.

  • Yaqub Badallicompartilhou uma impressãohá 7 anos
    👍Vale a leitura
    🔮Segredos Obscuros
    💡Aprendi Muito
    🎯Vale a pena
    💞Amoroso
    🚀Não dá pra largar
    💧Sentimental

    Yaxşılıq başqalarına pislik etməmək deyil. Yaxşılıq ürəyində pisliyin cövhərinin olmaması deməkdir.

Citações

  • M.Vəlizadəfez uma citaçãohá 5 anos
    Mən inanıram ki, beşgünlük ömrümüzü zəhərləməmək üçün nə ötən günlərimizə, nə guya əldən buraxdığımız imkanlara heyifsilənməli, nə də özümüzü gələcəyə aid xəyallarla arxayınlaşdırmalı, bugünkü həyatımızla, dolanışığımızla kifayətlənməli və ömrü başa vurmalıyıq. Hər bir hadisənin insanı əyləndirən cəhəti də olur.
  • Aynur Alasgarovafez uma citaçãohá 8 anos
    Günlərin birində biz ya ağlımızı itirəcəyik, yaxud da dünyaya hakim olacağıq.
  • M.Vəlizadəfez uma citaçãohá 5 anos
    Eyni adama biri axmaq deyir, o biri ağıllı, biri əxlaqsız deyir, o biri tərbiyəli, bu cəhəti yaxşıdır, amma o biri cəhəti pisdir deyə hökmlər verirlər. İnsanın biliyi, fikirləri, məntiqi, əxlaqı, xülasə, hər şeyi insanın varlığı ilə bir vəhdət təşkil etdiyini anlamırlar. İnsan nə qədər müxtəlif cəhətlərə malik olsa da, onun bütün keyfiyyətləri müəyyən bir nöqtədə birləşir və bir ahəng yaradır. Bu nöqtə isə şəxsiyyət dediyimiz şeydir.

Nas estantes

fb2epub
Arraste e solte seus arquivos (não mais do que 5 por vez)