bookmate game
az
Mikayıl Müşfiq

Mən şirin ləhcəli bir bülbüləm

Avise-me quando o livro for adicionado
Para ler este livro carregue o arquivo EPUB ou FB2 no Bookmate. Como carrego um livro?
Mikayıl Müşfiqin seçmə əsərlərindən ibarət olan bu kitabda müxtəlif illərin şeirləri, poemaları, eləcə də uşaqlar üçün şeir və mənzum nağılları toplanmışdır.
Este livro está indisponível
192 páginas impressas
Já leu? O que achou?
👍👎

Impressões

  • Nebi Nebizadecompartilhou uma impressãohá 7 anos
    👍Vale a leitura
    💧Sentimental

    Oxudum və bəyəndim. Hər kəsə oxumağı tövsiyə edirəm

  • kitab sevən📚🤩🌹🤗compartilhou uma impressãohá 4 anos
    👍Vale a leitura

    👍🏻

  • b6552926201compartilhou uma impressãohá 2 anos
    👍Vale a leitura
    💧Sentimental

    Ana şeiri çox qəşəng idi

Citações

  • mlkfez uma citaçãohá 7 anos
    MƏHƏBBƏT
    Mən ki bilməz idim nədir məhəbbət,
    Bu sirri sən mənə anlatmadınmı?
    Dünyaya sığmayan şair könlümü
    Köksümdən çıxarıb oynatmadınmı?
    Mən ki nəğmə deyib bənövşələrdən
    Peşəm zövq almaqdı bir şux dilbərdən,
    Məndən uzaq gəzib, dolanıb hərdən,
    Qəlbimi sıxmağa can atmadınmı?!
    Min hicran könlümü alanda ələ,
    Zərrəcə halıma yanmadın belə.
    Müşfiqin qəlbini tez alıb ələ
    Onu röyalardan oyatmadınmı?!
  • Azər Əlizadəfez uma citaçãohá 4 anos
    GÜLÜŞLƏR
    Gülüş vardır səslərinə tunc əkslər yapdırır,
    Gülüş vardır könülləri ruzgarlara qapdırır.
    Bəzi tikər könüllərdə alovlardan bir məbəd,
    İllər boyu atəşinə insanlığı tapdırır.

    Bürünərək çoxu ipək füsunlu bir çarşafa
    Saçır büllur təbəssümlər, əyləncələr ətrafa.
    O pərdəyi parçalasaq can atarız nəhayət
    Və başlarız göz yaşları aləmini təvafa.

    Gülüş vardır dodaqaltı, gülüş vardır müstəhzi,
    Zəncirləyər uçanları halqalandıqca bəzi,
    Bəzi sıcaq görüşlərə doğru yollar göstərir.

    Fəqət onun gülüşləri bir qönçəyə yaslanan
    Rəngsiz parlaq jalələrdən nümunədir, hər zaman
    Gənc ömrümə yüksəlməkçin qanad verir, can verir.
  • Nurana Alifez uma citaçãohá 2 anos
    Günəş ipək tellərinin sarımtraq rəngini
    Səhər çağı dalğa-dalğa hər tərəfə yayırkən
    Gətirirəm xəyalıma bir al bayraq rəngini.

Nas estantes

fb2epub
Arraste e solte seus arquivos (não mais do que 5 por vez)