bookmate game
az
Mixail Bulqakov

Master və Marqarita

Avise-me quando o livro for adicionado
Para ler este livro carregue o arquivo EPUB ou FB2 no Bookmate. Como carrego um livro?
Əsərdə hadisələr, əsasən, Moskvada cərəyan edir. Burada detallar doğru-dürüst təsvir olunur: ziyalı elitasından ta vətəndaş kütləsinə, qulluqçulara, evdar qadınlara, küçədən keçənlərə, Varyete tamaşaçılarına qədər bütün şəhər əhalisi təqdim edilir. Onlar nə qədər müxtəlif olsalar da, ancaq bir cəhət ümumidir: əslində, onlar nə adamdırlar, nə də “canlıdırlar”, proqramlaşdırılmış varlıqlardır. Bulqakov Moskvasının hər bir sakini müəyyənləşdirilmiş istiqamət üzrə hərəkət edir, hər bir sosial statusun daşıyıcısı üçün nəzərdə tutulmuş hüdudlarda düşünə bilir. İnsanlar arasında əlaqələr, münasibətlər forması və strukturu dəyişməz qalır. Bu proqramlaşdırılmış çevrədən çıxmağa kimsənin gücü çatmaz. Onların varlığı elə-belə, sanki, riyazi minus işarəsi ilə, “tərsinə” mövcudluqdur. Bu məntiqlə yanaşılsa, Bulqakovun Marqaritası nə Madonnadır, nə də ifritə. Onun cinə-şeytana uyması nə günah, nə də tənəzzüldür, sağlamlıq və uçuşdur, özü də simvolik mənada deyil, nağıl fəlsəfəsində süpürgəyə minib uçmaq gerçək uçuşdur: şeytan onu sehrli avtomobilə mindirir. Burada hər şey əksinədir: Marqarita uşağı öldürmür, amma panikaya düşmüş evdə balaca oğlanı sakitləşdirir, onu oxşayır, anası Fridanı lənətdən xilas edir…
Este livro está indisponível
464 páginas impressas
Detentor dos direitos autorais
Qanun Nəşriyyatı
Já leu? O que achou?
👍👎

Impressões

  • Rüzgar Mövsümcompartilhou uma impressãohá 9 anos

    Bəşər tarixin müxtəlif dövrlərində müharibələrdən, irqi, milli, siyasi və dini təqiblərdən, soyqırımlardan usanmış, üzülmüş məzlum insanların, həyatın, daha doğrusu isə elə insanların mundarlıqlarından iyrənmiş ümidsiz insanların dadına çatan, onların halına yanan dahi yazıçılar olub. Bu yazıçılar təkrarolunmaz istedadları ilə məzlum insanlara təsginlik verən, gördükləri zülmlərdən sonra onların həyatda istiqamətləndirilməsinə böyük dayaq olan ölməz əsərlər yaradıblar.

    Bu yazıçılardan biri mənim sevdiyim Mixail Bulqakovdur. Bu gün onun sehrli “Master və Marqarita” romanından qısaca danışmaq və sizə bu əsəri oxumağı məsləhət görmək istəyirəm. Şablon səslənsə də, demək sitəyirəm ki, kitabın özü Rusiyanın bu romanın motivləri əsasında çəkdiyi serialdan qat-qat maraqlıdır. Sətiraltı mənalarla doludur. Düzdür kino pis çəkilməyib, amma hər zaman olduğu kimi kitab başqa aləmdir. Kitabda təxəyyül və təsəvvürün hüdudları olmur.

    20-30 cu illərin Moskvasında iblisin gəlməsiyə başlayan biri-birindən qəribə, mistika dolu hadisələrin fonunda əsasən yaxşılıqla pisliyin, insanın içindəki mələklə şeytanın mübarizəsi təcəssüm olunur. Əsərin süjeti dəyişkəndir, zamana səyahət edir. Biz gah 20 ci illərə, gah da İsa peyğəmərin dövrünə gedirik. Romanda həm də o dövrün “şeytanları”nın və “mələk”lərinin prototiplərini tapmaq olar. Əsər çox maraqlıdır.

    Bir sözlə oxumayanlara bu kitabı oxumağı məsləhət görürəm. Ən azından ona görıə ki, kitab oxumağın özü əvəzzis bir hissdir.

  • Nargiz Kulievacompartilhou uma impressãohá 4 anos
    👍Vale a leitura
    🐼Fofinho

    Qatil tində qarşına qəfil necə çıxırsa, eşq də eləcə, qəfil qarşımıza çıxıb, hər ikimizin ürəyindən vurdu!

  • b2356253621compartilhou uma impressãohá 7 anos
    🔮Segredos Obscuros
    💡Aprendi Muito
    🎯Vale a pena

    Aydin olur ki seytani seytan eliyen de ele biz ozumuzuk.xeyir de ser de oz icimizdedi.seytani gunahlandirmaqla vicdanimizi rahatlatmaq guluncdur.

Citações

  • Rüzgar Mövsümfez uma citaçãohá 9 anos
    – Ancaq məni belə bir məsələ narahat edir: əgər Allah yoxdursa, sual olunur, insan həyatını və ümumiyyətlə, dünyanın qaydalarını kim nizamlayır?
    – Elə insan özü nizamlayır, – boynumuza alaq ki, çox da aydın olmayan bu suala Bezdomnı acıqlı cavab verməyə tələsdi.
    – Bağışlayın, – naməlum şəxs mülayimcəsinə cavab verdi, – idarə etmək üçün gərək, heç olmasa, müəyyən bir müddətə dəqiq planın ola. İcazənizlə soruşum, insan necə idarə edə bilər ki, gülməli dərəcədə qısa bir müddət üçün, deyək, min il üçün plan qurmaq imkanına ­malik olmadığı bir yana, hətta öz sabahkı gününə belə cavabdeh deyil? Həqiqətən də, – bu yerdə əcnəbi Berlioza tərəf döndü, – təsəvvür edin, misal üçün, siz başlayırsınız özünüzü, başqalarını idarə etməyə, əmrlər verməyə, necə deyərlər, get-gedə işə alışırsınız və birdən sizdə... öhö... öhö... ağciyər sarkoması peyda olur... – bu yerdə əcnəbi şirin-şirin gülümsədi, sanki, ağciyər sarkoması haqqındakı fikir ona ləzzət verdi, – bəli, sarkoma, – pişik kimi gözlərini qıyıb təkrar etdi, – və budur, sizin idarə etməyiniz sona çatdı! Öz həyatınızdan savayı daha sizi heç nə maraqlandırmır. Qohumlarınız başlayır sizə yalan söyləməyə, siz narahatlıq hiss edib bilikli həkimlərin, sonra şarlatanların, olur ki, falçıların üstünə qaçırsınız. Birinci və ikinci kimi, üçüncü də tamamilə mənasızdır, özünüz başa düşürsünüz. Və bütün bunlar faciə ilə bitir: bir az əvvəl nəyi isə idarə etdiyini güman edən şəxs qəfil taxta qutuda ­hərəkətsiz uzanası olur və yaxınları anlayanda ki bu uzanandan daha heç bir xeyir yoxdur, onu sobada yandırırlar
  • Rüzgar Mövsümfez uma citaçãohá 9 anos
    Boğuq xəstə səs dedi:
    – Adın?
    – Mənim? – məhbus tezcə dilləndi, bütün varlığı ilə göstərməyə çalışdı ki, onu bir daha qəzəbləndirməmək üçün ağıllı-başlı cavab verməyə hazırdır.
    Prokurator astadan dedi:
    – Mənim adım mənə məlumdur. Özünü olduğundan da gic göstərməyə çalışma. Adın?
    – İeşua, – məhbus tələsik dilləndi.
    – Ayaman var?
    – Qa-Nosri.
    – Əslin haradandır?
    – Qamala şəhərindən, – məhbus başıyla göstərdi ki, orada, uzaqlarda, ondan sağ tərəfdə, şimalda Qamala şəhəri var.
    – Damarında hansı qan axır?
    – Dəqiq bilmirəm, – məhbus tez cavab verdi, – valideynlərimi xatırlamıram. Mənə deyiblər ki, atam suriyalı olub...
    – Daimi yaşayış yerin var?
    – Daimi yaşayış yerim yoxdur, – məhbus sıxılaraq dedi, – şəhər-şəhər gəzirəm.
    – Bunu bir sözlə də ifadə etmək olar – avara, – prokurator sözünə davam elədi: – Doğmaların var?
    – Heç kimim yoxdur. Dünyada təkəm.
    – Savadın var?
    – Bəli.
    – Arami dilindən başqa dil bilirsən?
    – Bilirəm. Yunan dilini.
    Şişmiş göz qapağı qalxdı, əzabdan dumanlanmış göz məhbusa dikildi. Bir gözü açılmamışdı.
    Pilat yunan dilində danışdı:
    – Demək, sən məbədi uçurmaq istəyirdin, xalqı da buna çağırırdın?
    Bu yerdə məhbus yenə dirçəldi, gözlərindən qorxu çəkildi və o, yunan dilində dedi:
    – Mən, xey... – az qala, çaşdığına görə məhbusun gözlərində qorxu yanıb-söndü, – igemon, mən heç vaxt məbəd uçurmaq fikrində olmamışam, heç kimi də bu mənasız hərəkətə təhrik etməmişəm.
    Alçaq masanın üstünə əyilib, məhbusun verdiyi ifadəni yazan katibin sifətindən təəccüb oxundu. O, başını qaldırıb, dərhal da perqamentə sarı əydi.
    – Bayramlarda bu şəhərə cürbəcür adamlar gəlir. Onların arasında sehrbazlar, münəccimlər, falçılar, qatillər olur, – prokurator yeknəsəq səslə dedi, – ancaq yalançılar da olur. Məsələn, sən yalançısan. Aydınca yazılıb: məbədi uçurmağa təhrik edirdi. Adamlar belə şahidlik edir.
    – İgemon, bu xeyirxah adamlar, – məhbus tez-tez danışmağa başladı, – heç nə öyrənməyiblər və dediklərimin hamısını dolaşıq salıblar. Mən, ümumiyyətlə, bu dolaşıqlığın hələ çox uzun zaman davam edəcəyindən qorxuram. Hamısı da ona görədir ki, mənim dediklərimi o, düzgün yazmır
  • Mir Alifez uma citaçãohá 9 anos
    Neyləmək olar, sevən sevdiyinin qismətini bölüşməlidir.

Nas estantes

fb2epub
Arraste e solte seus arquivos (não mais do que 5 por vez)