bookmate game
az
Haynrix Böll

O illərin çörəyi

Avise-me quando o livro for adicionado
Para ler este livro carregue o arquivo EPUB ou FB2 no Bookmate. Como carrego um livro?
  • Gunel Najafovafez uma citaçãohá 6 anos
    hərdən çeşmənin gözünə qırmızı boyaq tökürsən ki, görəsən, rəngli su haracan gedib çıxacaq, bəzən görürsən ki, illər gəlib-keçir və təsadüfən, heç gözləmədiyin bir yerdə həmin boyaqlı suya rast gəlirsən. Mən bu gün həmin suya rast gəlmişəm
  • ahmedoffelvin99361fez uma citaçãohá 8 anos
    Onlar məni bağışlamışdılar, ancaq bilirsinizmi, bu cür bağışlamaq adama necə təsir eləyir? Müqəssir olmaya-olmaya bağışlanmaq!
  • Vusala Mammadovafez uma citaçãohá 9 anos
    Baxan kimi bilmək olurdu ki, sən öz peşən üçün yaranmısan, onu sevirsən. Sən öz çörəyini qazanmağa qadirsən, buna görə də sənə çörək bağışlamağın mənası yox idi.
  • Vusala Mammadovafez uma citaçãohá 9 anos
    hədiyyəni boş yerə verməzlər, hədiyyə verilən kəs ona layiq bir iş görməlidir.
  • Vusala Mammadovafez uma citaçãohá 9 anos
    sinif yoldaşları – mən onların bəzisiylə üç il, bəzisiylə dörd il, bəzisiylə düz doqquz il bir yerdə olmuşdum, göydən bombalar töküləndə mən onlarla bir yerdə gizlənmişdim; yoxlama işləri bizim üçün ən böyük çarpışma demək idi, bu çarpışmalarda biz həmişə çiyin-çiyinə dayanmışdıq; məktəbin alovlanan binasını biz birlikdə söndürmüşdük, yaralanmış latın dili müəlliminin yarasını birgə sarıyıb, onu öz evinə birgə aparmışdıq, biz hamımız birlikdə iki il dalbadal bir sinifdə oxumuşduq; elə zənn etmək olar ki, bütün bu əhvalatlardan sonra biz əbədi olaraq bir-birimizə bağlanmalı idik, lakin biz bir-birimizə bağlı deyildik – nə əbədi, nə müvəqqəti.
  • Misir Məmmədlifez uma citaçãohá 8 anos
    Mənim düşündüyümə görə, qalibiyyət Ullanın tərəfində olmalı idi, ancaq burada qalib gələn mən olmuşdum və bu qələbənin dadını turş bir şey kimi ağzımda hiss eləyirdim.
  • Misir Məmmədlifez uma citaçãohá 8 anos
    xüsusən, o yoldaşlar ki, ideallarını itirdiklərini bəhanə eləyib insaniyyətdən məhrum olmuşdular; bu adamların heç vaxt idealı olmamışdı və burada ideal özü ona görə yüksək görünürdü ki, onu bu uğursuz sarsaqlar itirmişdilər.
  • Misir Məmmədlifez uma citaçãohá 8 anos
    nifrətimin məskən saldığı yerdə boş bir fəza, çəkisiz bir heçlik yarandığını duydum, sanki, bu boşluq məni qaldırıb öz üstündə sazladı, dalğalar balığı saxladığı kimi saxladı; lakin bu vəziyyət cəmisi bircə an çəkdi, sonra mən içimdəki boşluğun qurğuşun kimi ağır bir şeylə dolmaqda olduğunu duydum – bu laqeydlik idi, öldürücü laqeydlik.
  • Vusala Mammadovafez uma citaçãohá 9 anos
    o kitabları satmağa aparanda mən heç nəyi nəzərdə tutmurdum, daha doğrusu, kitabların ancaq qalınlığını nəzərdə tuturdum; atamın kitabı çox idi, mənim zənnimə görə, o, evdən kitab aparıldığını bilməməli idi, mən ancaq sonralar başa düşdüm ki, səhv eləmişəm, atam hər kitabın yerini bilir, çobanlar sürüdəki qoyunları necə tanıyırsa, eləcə də atam özünün hər kitabını tanıyır; kitabların arasında köhnəlmiş, əzilmiş, bapbalaca bir kitab da vardı, mənə o kitabdan verilən pula bir qutu kibrit almaq olardı, lakin sonra mən o balaca kitabın düz bir vaqon çörək dəyərində olduğunu bildim. Nəhayət, atam işin üstünü açmalı oldu, mənimlə bu haqda danışanda o utandı, qızardı və xahiş elədi ki, mən bu işi onun öhdəsinə buraxım; bundan sonra kitabları atam özü satmağa başladı, satıb pulunu mənə yolladı və bu pulla mən çörək aldım.
  • Vusala Mammadovafez uma citaçãohá 9 anos
    İndi sən çox alicənab olmusan. O qədər böyümüsən ki, elektrik plitkalarını çırpışdırdığın, yəqin ki, yadından çıxıb. Satıb siqaret aldığın plitkaları!
    — Həm siqaret, həm də çörək aldığın, — dedim, — çörək... Onu nə səndən görmüşdüm, nə də sənin atandan, təkcə Volf mənə hərdən verərdi, o da həmişə yox. O, aclığın nə demək olduğunu bilmirdi, ancaq biz bir yerdə işləyəndə Volf öz çörəyini mənə verirdi. İnanıram ki, — deyə mən astadan əlavə elədim, — əgər sən də bircə dəfə mənə çörək vermiş olsaydın, mən bu saat burada oturub səninlə bu şəkildə danışmağa cürət eləməzdim.
    — Biz həmişə öz işçilərimizə tarif üzrə nəzərdə tutulduğundan artıq pul vermişik və bizim fabrikdə işləyənlər həmişə ərzaq payı alıblar, nahar vaxtı isə müftə şorba içiblər. Əclaf! — deyə Ulla qışqırırdı. — Nankor, naşükür, əclaf!
    Mən saatın üstündən menyu kağızını götürdüm, hələ heç yeddinin yarısı da olmadığını görüb, saatı dübarə kağızın altında gizlətdim.
    — Öz əlində tutduğun o maaş cədvəlini götür, bir də bax, — dedim, — diqqətlə bax: yazdığın soyadları bir də oxu, ucadan kilsədə dua oxuyan keşişlər kimi ehtiramla oxu və hər soyadı oxuduqca de: «Bağışla bizi!» Sonra bütün bu soyadları topla və alınan rəqəmi min kömbə çörəyə vur, hasili bir daha minə vur, onda görəcəksən ki, bankda hər gün üst-üstə gələn pullarla birgə sənin atanın adına nə qədər lənət yığılıbdır. Bu lənətlərin sayını ancaq bir şeylə hesablamaq olar: çörəklə, o illərin çörəyi ilə; o illər mənim xatirimdə qatı dumana bürünübdür; sizin verdiyiniz o şorba axşamlar işdən qayıdanda isti və turşumuş zəhərə dönüb tramvaylarda bizim ağzımıza gəlirdi, zəifliyimiz, gücsüzlüyümüz mədələrimizin hıçqırtısı ilə birgə içimizdən baş qaldırırdı; bizim həzz aldığımız yeganə bir şey vardısa, o da nifrət idi; indi məndə nifrət yoxdur, – deyə astadan əlavə elədim, – o, mənim içimdən quş kimi pərvaz edibdir, mədəmin hıçqırtısı kimi yoxa çıxıbdır. Eh, Ulla, – deyə mən bayaqdan bəri ilk dəfə onun üzünə baxıb, yavaşca dilləndim, – doğrudanmı, sən məni inandırmaq istəyirsən ki, verdiyiniz şorba və maaşa əlavə elədiyiniz beş-üç mark pul bizim üçün kifayət idi? Sən bunumu mənim boynuma qoymaq istəyirsən? Heç olmasa, yağlı kağızlara bükdüyümüz bağlamaları yadına sal.
fb2epub
Arraste e solte seus arquivos (não mais do que 5 por vez)