bookmate game
Etel Voyniç

Ovod

Avise-me quando o livro for adicionado
Para ler este livro carregue o arquivo EPUB ou FB2 no Bookmate. Como carrego um livro?
“Ovod” romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır. Bu əsər 19-cu əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. “Ovod” təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivarisə çevrilir. O, usanmadan, yorulmadan düşmənlə mübarizə aparır, hətta haqqında çıxarılan ölüm hökmünün dəyişdirilməsi təklifi də onu tutduğu yoldan döndərə bilmir. Bu mübariz gəncin qəlbində bir də şəxsi faciələrinin açdığı yaralar — doğmalarının onu intihara sürükləyən yalanı və bütün həyatını qaraldan cavabsız sevgisi var.
Este livro está indisponível
348 páginas impressas
Detentor dos direitos autorais
Qanun Nəşriyyatı
Já leu? O que achou?
👍👎

Impressões

  • Rüzgar Mövsümcompartilhou uma impressãohá 9 anos

    Atamın dediyinə görə cavanlıqda onu ən çox dəyişən kitab məhz Ovod olub. Düzü mən də bu əsəri oxuduqdan sonra hiss etdim ki, çox dəyişmişəm və bir çox şeyə artıq tamam başqa çür baxıram.
    Bu əsər arıtq bir əsrdən artıqdır ki, bütün dünyada böyük maraqla oxunur, oxucularda güclü emosiyalar yaratmağa müvəffəq olur. Şəxsən mən özüm bu kitabı ilk dəfə azərbaycanca, iki dəfə də rusca, toplam 3 dəfə oxumuşam.

    Düzdür, əslində əsərdəki hadisələr İtaliya burjua inqilabı dövründən bəhs etsə də, romanda siyasilik və tarix baxımından yetərincə qiymətli məlumat yoxdur. Əsər bədii əsər olaraq qalır. Romanın təsir gücünə isə söz ola bilməz.

    Ümumiyyətlə, bu əsər barəsində çox şey düşünürəm və beynimdə o qədər fikirlır var ki, amma bu fikirlər bura yazılmayacaq qədər, izah edilməyəcək qədər təsəvvürümün və təxəyyülümün dərinliklərində oturub.

  • Aynur Xeyrullayevacompartilhou uma impressãohá 9 anos
    💡Aprendi Muito

    Həqiqətən elə əsərlər var ki, sadəcə maraq doğurmur, insanin təsəvvurlərini, həyata münasibətini, hətta özünü dəyişdirir. Ovod bele əsərlərdəndir...

    ....Onun ürəyinin dərinliyində boşluq var idi. Və artıq heç nə və heç kəs bu boşluğu doldura bilməzdi. Çünki daha Ovod yox idi....

  • Sariya S-vacompartilhou uma impressãohá 9 anos

    "Bütün dağlar,fırtınalar mənim üstümdən keçdi"
    Bu əsərin təsirindən çıxmaq çətin olacaq..

Citações

  • muradrustemfez uma citaçãohá 9 anos
    Yolun ortasında atılıb-qalmış bir daşın çox yaxşı niyyətləri ola bilər, lakin onu yoldan kənar etmək lazımdı...
  • Təbəssüm Babaşovafez uma citaçãohá 9 anos
    «Keçmiş — ölümündür, gələcək – sənin!» Nə qədər ki, gələcək sizindir – ondan istifadə edin: keçmişdə tutduğunuz pis bir iş haqqında deyil, gələcəkdə görə biləcəyiniz yaxşı işlər haqqında düşünün
  • Gunduz Memmedovfez uma citaçãohá 9 anos
    Heç bircə dəqiqə də ciddi olmaq istəmirəm, dostum! Nə həyat, nə də ölüm ciddi olmağa dəyməz.

Nas estantes

fb2epub
Arraste e solte seus arquivos (não mais do que 5 por vez)