bookmate game
az
Fyodor Dostoyevski

Alçaldılmış və təhqir edilmiş insanlar

Avise-me quando o livro for adicionado
Para ler este livro carregue o arquivo EPUB ou FB2 no Bookmate. Como carrego um livro?
Roman əsərin aparıcı obrazı Vanyanın dili ilə nəql olunur. O, zavallı mülkədar İxmenevin ailəsində onun qızı Nataşa ilə birgə tərbiyə almışdır. İxmenevin çox varlı malikanə qonşusu knyaz Volkovski onun yaxşı təsərrüfatçı olduğunu qiymətləndirir. İxmenevə əvvəlcə malikanəni idarə etməyi tapşırır, sonra isə oğlu Alyoşanın tərbiyəsi ilə məşğul olmağı xahiş edir.
Əsərdəki bütün hadisələr də Alyoşanın İxmenevin evinə gəlməsindən sonra baş verir. Belə şayiə yayılır ki, guya İxmenev qızı Nataşanı Alyoşaya ərə vermək istəyir. Knyaz Volkovski bu izdivacın əleyhinədir. Alyoşa və Nataşa valideynlərindən gizlin ailə qurmaq istəyir. Vanya da Nataşanı sevir…

F.M. Dostoyevskinin «Alçaldılmış və təhqir edilmiş insanlar» romanının əsasında psixoloji realizminin leytmotivi sayılan insan iztirabları, tapdalanmış və təhqir edilmiş şəxslərin faciəsi dayanır, «yüksək cəmiyyət» tərəfindən «kiçik insanlar»a edilən maddi və mənəvi işgəncələr təsvir olunur. Əsərdə ictimai həyatın, ictimai münasibətlərin və insanın mənəvi aləminin bir çox cəhətlərinə toxunulur, bir-birinə zidd olan iki əxlaqi görüş xüsusi olaraq nəzərə çarpdırılır.
F.M. Dostayevski bu romanı sürgündən qayıtdıqdan sonra 1857–1861-ci illər arasında yazmışdır. Roman ilk dəfə 1861-ci ildə “Vremya” jurnalında çap olunmuşdur. Yazıçının sağlığında bu roman daha iki dəfə — 1865-ci və 1879-cu illərdə nəşr edilmişdir.
Este livro está indisponível
503 páginas impressas
Detentor dos direitos autorais
Qanun Nəşriyyatı
Já leu? O que achou?
👍👎

Impressões

  • Emil Azizovcompartilhou uma impressãohá 7 anos

    Bizi tez-tez oxumağa cəsarət edən klassiklər, sanki əlimiz hər uzandığında kitabla aramıza naməlum bir ciddilik baş verir və kim bilir neçə əsr əvvəl qələmə alınmış bu qiymətli əsərlərin yazıldığı dövr ilə aramızdakı zaman fərqinin gətirəcəyi dərinliyin, bilinməz, naməlum narahatlığa qapılmaqdan özümüzü ala bilmərik. Klassik əsərlər hər zaman nədənsə müasir ədəbiyyatdan daha çox maraq yaradırdı məndə. Dostoyevskinin " Alçaldılmış və təhqir edilmiş insanlar " romanı digər romanlarına baxanda süjet xətti " İdiot ", " Cinayət və cəza "-ya nisbətən daha axıcıdır, xüsusilə dini, fəlsəfi dialoqlara daha az rast gəlmək olar. Romanın əsasında insan iztirabları, alçaldılmış və təhqir olunmuş insanların faciəsi dayanır. həmçinin qadın psixologiyası, qadının sevgi qarşısında alçala biləcəyi reallığı gözəl təsvir olunmuşdur. Kitab həqiqətən gözəldir. Dostoyevskinin yazıçı olduğu zaman axan sular durur. Kədər, ağrı, yoxsulluq, intiqam, ayrılıq, sevgi və daha nələr var kitabda. Əsərin aparıcı obrazı İvan Petroviç (ya da ki gözəl bir şəkildə xitab olunan Vanya) dolanışığını yazıçılıq edərək təmin edən yoxsul bir gəncdir. O, zavallı mülkədar İxmenevin ailəsində onun qızı Nataşa ilə birgə tərbiyə almışdır. İxmenevin çox varlı malikanə qonşusu knyaz Volkovski onun yaxşı təsərrüfatçı olduğunu qiymətləndirir. İxmenevə əvvəlcə malikanəni idarə etməyi tapşırır, sonra isə oğlu Alyoşanın tərbiyəsi ilə məşğul olmağı xahiş edir. Belə şayiə yayılır ki, guya İxmenev qızı Nataşanı Alyoşaya ərə vermək istəyir. Knyaz Volkovski bu izdivacın əleyhinədir. Alyoşa və Nataşa valideynlərindən gizlin ailə qurmaq istəyir. Vanya da Nataşanı sevir. Əsərin axıcılığı, gözlənilməz hadisələr əsəri maraqlı edir. Obrazların çəkdiyi iztirabları hiss edərək oxuyanda həqiqətən çox güclü təsir bağışlayır. Vanya obrazına diqqət yetirsəz Dostoyevskini tanıya bilərsiniz. Hər 2 yazıçı da pul qazanmaq üçün yazırdı. Romanda ən sevdiyim obraz Nellidir. Başdan sona qədər çəkdiyi əzablara baxmayaraq, qüruru, insanların onu alçaltmağa çalışmasına baxmayaraq güclü xarakteriylə mübarizə aparması, son nəfəsində belə özünü alçaltmaması məni heyran etdi. Məncə bu əsəri oxumayanlar çox şey qaçırdıb. Hesab edirəm ki, hər kəs oxumalı kitablardan biridir. Kitaba görə Şəhla Rəşidovaya təşəkkürümü bildirirəm.

  • Suleyman Rustamovcompartilhou uma impressãohá 8 anos
    👍Vale a leitura

    Bookmate mütaliə probleminə praktik həll yoludur...

  • Zaur MMcompartilhou uma impressãohá 4 anos
    👍Vale a leitura
    🔮Segredos Obscuros
    💡Aprendi Muito
    🎯Vale a pena
    🚀Não dá pra largar
    💧Sentimental

    Vanyanın Nataşaya olan sevgisi ve Nillinin həyat hekayəsi çox təsiredicidir. Oxuduqca olan hadisələri yaşayırsan sanki.

Citações

  • ahmedoffelvin99361fez uma citaçãohá 8 anos
    Ey mənim əziz uşaqlıq əyyamım! Ömürdən iyirmi beş il keçəndən sonra səni düşünüb kədərlənmək, səndən ötrü heyifsilənmək, ölərkən yalnız səni fərəh və minnətdarlıqla xatırlamaq nə mənasız bir şeydir!
  • Mir Alifez uma citaçãohá 7 anos
    Bilirsinizmi, axmaqlarla yaşamaqdan, bəli-bəli deyib onlarla razılaşmaqdan xoş bir şey yoxdur, bu əlverişlidir!
  • Mir Alifez uma citaçãohá 7 anos
    dünyada ancaq axmaq adamlar qalacaq

Nas estantes

fb2epub
Arraste e solte seus arquivos (não mais do que 5 por vez)