bookmate game
az

Paulo Koelho

  • b9974261647fez uma citaçãohá 2 anos
    Mari nə danışdığını yaxşı bilirdi; xəstəliyi onu Viletə gətirənə qədər ömrünün qırx ilini hüquqşünas olmaqla keçirmişdi. Hələ karyerasının ilkin illərində məsum ədalət hissini itirmiş və qanunların problemləri həll etməsi üçün yox, münaqişələrin qeyri-müəyyən za­ma­nadək uzadılması üçün yaradıldığını anlamışdı.
  • b0768417033fez uma citaçãohá 2 anos
    Mən ona görə ağlayırdım, – Veronika dedi. – Mən o həbləri qəbul edəndə nifrət etdiyim insanı öl­dür­mək istəyirdim. Bilmirdim ki, içimdə digər Veronika­lar mövcuddur, o Veronikalar ki, mən onları sevə bi­lərdim.
  • b9974261647fez uma citaçãohá 2 anos
    Mənəviyyata gedən yolun iki ən çə­tin sınağından keçmisiniz: uyğun vaxtı gözləyəcək qədər səbirli olmaq və başınıza gələnlərə görə məyus ol­mamağa cəsarət etmək. Odur ki, bildiklərimi məhz sizə öyrədəcəyəm”.
  • b9974261647fez uma citaçãohá 2 anos
    Bəsdir daima ki­məsə mane olduğunu, yanındakını narahat etdiyini dü­şündün. Əgər insanlar nəyisə xoşlamasalar, şikayət edə bilərlər. Və əgər şikayət etməyə cəsarətləri çatmasa, bu, onların problemidir
  • b9974261647fez uma citaçãohá 2 anos
    Siz də elə olmağa çalışın; divanə olun, ancaq normal insanlar kimi davranın. Fərqli olmağa risk edin, amma bunu diqqət çəkmədən etməyi öyrənin.
  • b9974261647fez uma citaçãohá 2 anos
    Onun üçün hər şey ilham mənbəyidir.
  • b0768417033fez uma citaçãohá 2 anos
    – Dəli olan sizsiniz, çöldə axı günəş yoxdur.
  • b0768417033fez uma citaçãohá 2 anos
    Zedka dedi. – Qəribədir ki, sərin, boz və buludlu günlərdə mən heç vaxt depressiyaya düşmürdüm. Sanki təbiət mə­nim­lə harmoniya təşkil edir, daxili aləmimi əks etdirirdi. Digər tərəfdən də hava günəşli olanda, uşaqlar oy­namaq üçün küçələrə çıxanda və hamı günəşin belə gözəl parlamasına sevinəndə, mən özümü son də­rə­cə­də pis hiss edirdim. Elə bil ki, bu şənlikdə iştirak edə bilməməyim mənə qarşı ədalətsizlik idi.
  • Cəbrayılfez uma citaçãohá 2 anos
    Bir tacir xoşbəxtliyin sirrini öyrənmək üçün oğlunu müdriklər müdrikinin yanına göndərir. Oğlan qırx gün yol gedib dağın zirvəsindəki gözəl bir qalaya çatır. Onun axtardığı Müdrik elə burada yaşayırdı.

    Düşünülənin əksinə olaraq, qala Müdrikin tənha yaşadığı məskən deyildi, camaatla dolu idi: tacirlər öz mallarını təklif edir, insanlar bir küncə çəkilib söhbətləşir, kiçik orkestr incə musiqi çalırdı, zalın ortasında isə bu yerlərin ən incə və gözəl nemətləri ilə bəzədilmiş stol qoyulmuşdu. Müdrik bütün qonaqlarına baş çəkirdi. Oğlan iki saat öz növbəsini gözləməli oldu.

    Nəhayət, Müdrik onu dinlədi, amma xoşbəxtliyin sirrini izah etmək üçün indi vaxtının olmadığını söylədi. Qoy, oğlan qalanı gəzsin və iki saatdan sonra bu zala qayıtsın.

    «Mənim səndən bir xahişim də var, – o, içində iki damcı yağ olan çay qaşığını oğlana uzatdı. – Bu qaşığı özünlə götür və yağı dağıtma».

    Oğlan gözlərini qaşıqdan çəkmədən saray pilləkənləri ilə qalxıb düşdü, iki saatdan sonra isə Müdrikin qarşısında dayandı.

    «Hə, – o dilləndi. – Yemək zalındakı fars xalçaları, ən mahir ustaların on il boyunca yaratdığı bağ, kitabxanamdakı qədim perqamentlər xoşuna gəldimi?»

    Utancaq gənc heç nə görmədiyini etiraf etdi, çünki bütün diqqətini iki damcı yağa cəmləmişdi.

    «Geri dön və mənim sarayımın bütün gözəlliklərinə bax, – Müdrik dedi. – Harada və necə yaşadığını bilmədiyin insana etibar etmək olmaz».

    Oğlan qaşığı götürüb yenə qala keçidlərinə doğru irəlilədi. Bu dəfə başaşağı gəzmirdi, otaqları bəzəyən bütün sənət əsərlərinə, nadir əşyalara baxırdı. O, bağları və qalanı əhatələyən dağları seyr etdi, gül-çiçəyin gözəlliyinə, rəsmlərə və heykəllərə tamaşa etdi. Müdrikin yanına qayıtdıqda gördüklərinin hamısını ətraflı şəkildə ona danışdı.

    «Bəs, iki damcı yağ hanı, axı mən sənə onu dağıtmamağı tapşırmışdım.» – Müdrik soruşdu.

    Bu vaxt oğlan qaşıqdakı yağı dağıtdığının fərqinə vardı.

    «Bax, bu mənim sənə verə biləcəyim yeganə məsləhətdir, – müdriklərin müdriki ona söylədi. – Xoşbəxtliyin sirri ondadır ki, dünyanın möcüzələrini və gözəlliklərini görə biləsən və bu zaman çay qaşığındakı iki damcı yağı unutmayasan».
  • Cəbrayılfez uma citaçãohá 2 anos
    Mən də hamı kimiyəm: arzu etdiyimi həqiqət kimi qəbul edirəm
fb2epub
Arraste e solte seus arquivos (não mais do que 5 por vez)