Robert Qrin

Livros

Citações

Turkan Velibeylifez uma citaçãohá 2 anos
Konstantinə qədər 274-cü ildə Romada rəsmi olaraq Günəş tanrısı Mitra kultu elan edilmişdi, onun doğum günü, dekabrın 25-i, milli bayram olmuşdu. Mitra, arilərin işıq tanrısı, Kultu Yunanıstana və Romaya Persiyadan (İrandan) gəlmişdi, ardınca isə German torpaqlarına və Britaniyaya bərqərar olmuşdu. Onun ziyarətgahlarının çoxsaylı xarabalıqları indiyədək də buna sübutdur ki, Mitraya (ələlxüsus da Roma legionları tərəfindən) məhsuldarlıq, sülh və qələbə tanrısı kimi ehtiram olunurdu. Buna görə də, Papa Liberinin başçılıq etdiyi (352-366) xristian kilsəsi düşünülüb-daşınmış və müdrik addım ataraq, 354-cü ildən etibarən Mitra gününün bayram edilməsini ləğv etdi və dekabrın 25-ni bizim Tanrımız İisus Xristosun Doğumu günü elan etdi.
Anna-Syuzanna Rişke, “NoyeSürher Saytunq”, 25. XII.
Cəbrayılfez uma citaçãohá 2 anos
Misirdə Apri devriləndən sonra, Siuf şəhərinin Saiss əyalətindən olan Amasis taxt-taca qalxdı. Misirlilər başlanğıcda padşahı saya belə almırdılar, çünki əvvəllər o, adi vətəndaş idi və hətta əsil-nə­cabətli nəsildən də deyildi. Sonra, ancaq Amasis onların etiba­rını hiyləgərliklə, lakin çox incə üsulla qazanmağa müvəffəq oldu. Onun saya-hesaba gəlməyən sərvətləri arasında, padşahın özünün və onun qonaqlarının hamısının həmişə ayaqlarını yuduqları tas var idi. Amasis həmin tasın əridilməsini, ondan tanrının hey­kəlinin tökülməsini və heykəli şəhərin ən gediş-gəlişli yerində qo­yulmasını hökm etdi. Misirlilər isə heykəlin yanından keçəndə ilahi­pərvər həyəcanla ona dua edirdilər. Amasis bu haqda eşidəndə, misirliləri yanına yığmağı hökm etdi və onlara bildirdi ki, indi onların ilahipərvər ehtiramla yanaşdıqları heykəl, ayaqları yumaq üçün olan, onların əvvəllər tüpürdükləri, ifrazatlarını buraxdıqları və ayaqlarını yuduqları həmin tasdan düzəldilib. Bax onun özü ilə də, təxminən elə həmin tasla bağlı olana oxşar bir şey baş verib. Olsun ki, Amasis əvvəllər nə vaxtsa adi vətəndaş idi, indi isə – onların padşahıdır. Buna görə də, misirlilər ona ehtiram və hörmət etməlidirlər. Bu minvalla Amasis misirlilərin yaxşı münasibətini qazandı və onlar Amasisə xidmət edəcəkləri ilə könüllü surətdə razılaşdılar.
Cəbrayılfez uma citaçãohá 2 anos
Sən almağa hazırlaşanda, gərək verəsən”.

Impressões

tahirove452compartilhou uma impressãohá 2 anos
👍Vale a leitura

  • indisponível
    Robert Qrin
    Hakimiyyətin 48 qanunu
    • 3.5K
    • 899
    • 53
    • 140
    az
  • fb2epub
    Arraste e solte seus arquivos (não mais do que 5 por vez)